Ali Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Vladimir Zelenski atəşkəs təklifinə səfərbərliyi artırmaqla cavab verib.
Bu barədə o, Telegram kanalında yazıb.
Deputat hesab edir ki, “Ukraynada motivsiz və qeyri-qanuni güc tətbiqi ilə artan, qeyri-insani səfərbərlik Zelenskinin atəşkəs və səfərbərliyin dayandırılması təklifinə cavabıdır”.
Beləliklə, onun fikrincə, Zelenski ona edilən təzyiqlərə cavab verir.
Bundan əvvəl Dubinski atəşkəs naminə səfərbərliyi dayandırmağa çağırıb.
DOĞRU.AZ