image-n1karobka_ads
image-123
image-jbm2efbh2ryvjdljuizlt6b2nle5u5mz1pf3zndb_640backend

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin (NK) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

DOĞRU.AZ

image-vwmigtbwrrnb4puuprbriskzxy3gfoizgsoc7zwp_1200

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki