Kremldən bildiriblər ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp görüş tarixlərini özləri təyin edəcəklər.
“Əgər prezidentlər qərar qəbul etsələr, o zaman görüş, əlbəttə ki, dövlət başçılarının müəyyən etdiyi müddətdə hazırlanacaq”, – RİA Novosti Rusiya liderinin mətbuat katibi Dmitri Peskovdan sitat gətirir.
Daha əvvəl o, Putinlə Trampın danışıq mövzularından birinin Ukrayna münaqişəsinin həlli olacağını demişdi.
DOĞRU.AZ