Augsburger Allgemeine qəzetinə müsahibə verən Bavariyanın səhiyyə naziri Judith Gerlach səhiyyə sistemini müharibəyə hazırlamağa çağırıb.
Onun sözlərinə görə, bu, Rusiyadan Avropaya güman edilən hərbi təhlükə və ABŞ prezidenti Donald Trampın təhlükəsizlik sahəsində Aİ ilə əvvəlki tərəfdaşlıqdan çıxmaq perspektivi ilə bağlıdır.
Bizə Almaniya üçün hərtərəfli Mülki Əməliyyatlar Planı lazımdır… Axı düzgün işləyən səhiyyə sistemi ölkənin müdafiəsi üçün Bundesver qədər vacibdir.
Daha əvvəl Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot demişdi ki, üçüncü dünya müharibəsinin başlamasına təhrik edən Rusiya lideri Vladimir Putin deyil, Fransa prezidenti Emmanuel Makrondur.
DOĞRU.AZ