image-n1karobka_ads
image-123
image-67d7e423ae5ac93514016f7abackend

XİN: Çin Ukraynadakı münaqişə iştirakçılarına silah verməyib

image-ad_qayo_720x110px

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Ukraynadakı münaqişə tərəflərini heç vaxt silah və ya ikili təyinatlı mallarla təmin etməyib.

Onun sözlərini TASS yayıb. 

“Çin… heç vaxt münaqişədə hər iki tərəfə öldürücü silahlar təqdim etməyib və ikili təyinatlı mallara ciddi nəzarət edir” dedi Mao Ning.

O, Çinin G7 ölkələrinin Ukraynadakı gərginliyə görə məsuliyyəti Çinin üzərinə atmaq cəhdlərinə qarşı olduğunu vurğulayıb.

Bundan əvvəl Mao Nin bildirib ki, Pekin Ukrayna münaqişəsi üzrə  davamlı sülh sazişinin tərəfdarıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki