image-n1karobka_ads
image-123
image-tgfnq3zzavp9wgbg3oqlx0uvxqd3ihzgmjsyqrc4_1200backend

Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında yüksək nəticə göstərən güləşçilərimizi təbrik edib.

Doğru.az xəbər verir ki, o bu barədə öz “X” hesabında paylaşım edib.

Nazir sərbəst güləşçilərin öz rekordlarını yeniləyərək komanda hesabında dördüncü dəfə Avropa çempionu olmasını vurğulayıb.

“Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında güləşçilərimiz dörd qızıl, beş gümüş və yeddi bürünc medal qazandılar. Sərbəst güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında dördüncü dəfə Avropa çempionu oldu.

Arseni Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazandılar.

Qadın güləşi üzrə millimiz iki qızıl və bir bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü oldu. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu, Əsmər Cankurtaran (50 kq) isə bürünc medalçı oldu.

Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazandılar.

Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik”, – deyə paylaşımda bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki