image-n1karobka_ads
image-123
image-screenshot_20250314_190247_gallerybackend

ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi – FOTO

image-ad_qayo_720x110px

Bu gün “Globus plasa”da, ARGTMŞ-ın konfrans zalında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının yaratdığı AzeArt.az saytının növbəti təqdimatı keçirildi. Sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılıb. Tədbirdə QHT, media nümayəndələri, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov bundan öncəki təqdimatın Mingəçevirdə reallaşdığını dedi: “”AzeArt” interaktiv məlumat mərkəzinin yaradılması layihəsi bizimçün çox önəmlidir. Biz innovativ informasiya mərkəzi olaraq milli-mədəni abidələrimizin kataloqunu yaratdıq. Eyni zamanda, saytı Mədəniyyət Nazirliyinin bəzi istiqamətlərinə uğurla inteqrasiya elədik. Hesab edirəm ki, bu layihə mədəniyyət sahəsinin, xüsusən də, milli-mədəni abidələrimizin təbliği baxımından olduqca zəruridir. Layihəmizi dəstəklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik”.

Sonra Azərbaycan Mətbuat Şurası İH-nin üzvü, “YeniÇağ Media Group”un rəhbəri Aqil Ələsgər çıxış edərək qonaqları salamladı və layihənin gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını dedi.

Mətbuat Şurası İH-nin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli isə çıxışında bu kimi həllərin gənclər üçün çox vacib olduğunu dedi. H.Heydərli bu layihənin beynəlxalq arenada təqdimatının vacib olduğunu dedi.

Azərbaycan Qan Donorları Assosiasiyası İH-nin sədri Fuad Rəsul çıxış edərək bu kimi layihələrin turizm imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb elədiyini dedi.

Sonra QHT sədri, “BİG Media Group”un rəhbəri Emil Əkbərov çıxış edərək bu kimi saytların dünyada çox istifadə olunduğunu dedi.

Manset.az saytının qurucusu və baş redaktoru Əli Vəliyev çıxışında saytın texniki tərəflərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi. Ə.Vəliyev milli-mədəni abidələrin yerləşdiyi ərazilərə qədər məsafələrin göstərilməsinin vacib olduğunu dedi.

Daha sonra QHT sədri Toğrul Allahverdili çıxış edərək bu saytın digər dillərə tərcümə olunmasının və Qərbi Azərbaycan bölməsinin əlavə edilməsinin vacibliyini qeyd etdi.

Məlumat üçün qeyd edək ki, sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “SmartBee” şirkətinin texniki dəstəyi ilə yaradılıb. Layihənin rəsmi media tərəfdaşı “The Seven Media Group”dur.

DOĞRU.AZimage-5r4a3905image-fb_img_1741964151391 image-fb_img_1741964153432 image-fb_img_1741964155375 image-fb_img_1741964157344 image-fb_img_1741964159325 image-fb_img_1741964161227 image-fb_img_1741964163264 image-fb_img_1741964165449 image-fb_img_1741964167534 image-fb_img_1741964169765 image-fb_img_1741964176209 image-fb_img_1741964179596 image-fb_img_1741964181619image-5r4a3904

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki