image-n1karobka_ads
image-123
image-67d82b72ae5ac90bd429302cbackend

Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq yeni yardım paketi təklifini rədd edib

image-ad_qayo_720x110px

Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq yeni yardım paketi təklifinə qarşıdır və bu paketdə iştirak etməyəcək.

“Avropa Komissiyası Ukraynaya silah tədarükü üçün ən azı 20 milyard avro xərcləməyi təklif edir. Təbii ki, Macarıstan bu təklifi qətiyyən dəstəkləmir və biz də bu təklifdə iştirak etməyə hazır deyilik”, – deyə RİA Novosti onun sözlərini sitat gətirir .

Siyasətçi vurğulayıb ki, ölkə Macarıstan pullarının müharibəni uzatmaq üçün istifadəsinə icazə verməyəcək.

Bundan əvvəl məlum olmuşdu ki, Aİ xarici işlər nazirləri Ukraynaya 40 milyard avroluq yardımın ayrılması ilə bağlı razılığa gəlməyiblər.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Kiyevə 40 milyard avroluq yardım planının təsdiqi ilə bağlı problemlərdən də danışıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki