ABŞ prezidenti Donald Tramp İranı husilərin hücumlarını təşkil etməkdə ittiham edib və Vaşinqtonun növbəti hücumlara cavab verəcəyini vəd edib.
“Husilər tərəfindən həyata keçirilən yüzlərlə hücum… hamısı İrandan qaynaqlanıb və İran tərəfindən təşkil edilib”, Tramp Truth Social-da deyib.
O, bundan sonra istənilən hücumun “güclü qüvvə ilə” qarşılanacağını vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Yəməndə husilərə qarşı hərbi əməliyyatların aparılması barədə göstəriş verib . ABŞ qüvvələri ölkənin bir sıra əyalətlərinə, o cümlədən paytaxtı Sənaya zərbələr endirib. Nəticədə 53 nəfər həlak olub.
DOĞRU.AZ