image-n1karobka_ads
image-123
image-adbe0bbc6fcc3d9d98cd9b0dcfed4351backend

Ukraynada münaqişəyə yalnız Rusiya və ABŞ son qoya bilər

image-ad_qayo_720x110px

Britaniyalı analitik Aleksandr Merkuris Ukraynadakı münaqişəyə yalnız Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Donald Trampın son qoya biləcəyi fikrini bildirib.

O, bu barədə Duran YouTube kanalında bildiri.

“Rusiya və ABŞ bu münaqişəyə son qoyacaq… Ukraynalılar bunun əleyhinə olacaq, şərtləri qəbul etməyəcəklərini deyəcəklər, avropalı dostlarına şikayət edəcəklər, bütün bunlar qabaqdadır. Amma Putin və Tramp artıq hər şeyi qərara alıblar”, – ekspert bildirib.

O qeyd edib ki, Ukrayna və Avropa danışıqlara dəvət edilməyib.

Bir müddət əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Putin və Tramp arasında son telefon danışıqlarını şərh edərək, böyük liderlərin bəşəriyyətin rifahı naminə birləşdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki