Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov bildirib ki, Kiyev və Vaşinqton nümayəndələrinin Ər-Riyadda keçirilən görüşü başa çatıb.
Bu barədə UNIAN yazır.
Onun sözlərinə görə, müzakirə məhsuldar olub – nümayəndələr əsas məsələləri, o cümlədən enerji məsələlərini müzakirə ediblər.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Anatoli Bargileviçin Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə danışıqlarda iştirak etdiyi bildirilib.
DOĞRU.AZ