ABŞ-ın Yəmənin paytaxtı Sənaya endirdiyi aviazərbələr mülki əhalinin itkisi ilə nəticələnib.
Bu barədə “Al Masirah” məlumat yayıb.
Telekanalın məlumatına görə, Sənanın qərbində ölən və yaralananlar var.
Bundan əvvəl Amerika qüvvələrinin Yəmənin paytaxtı Sənada yerləşən Husilərin silah anbarlarına silsilə zərbələr endirdiyi bildirilib.
DOĞRU.AZ