ABŞ ordusu təcili olaraq ölkəni qabaqcıl ballistik və hipersəs raketlərinin hücumlarından qoruya biləcək “Qızıl Qübbə” raketdən müdafiə sistemini inkişaf etdirir.
CNN-in mənbələrə istinadən verdiyi məlumata görə , Ağ Ev Pentaqona hazırda yalnız konseptual səviyyədə mövcud olan layihənin yaradılmasına qənaət etməməyi tapşırıb.
Qeyd olunur ki, Qızıl Qübbə ABŞ prezidenti Donald Trampın əsas müdafiə prioritetlərindən biri adlandırılır.
Martın əvvəlində Amerika lideri ABŞ-ın “ən müasir raket əleyhinə qalxan” – “Qızıl Qübbə” raketdən müdafiə sistemini yerləşdirəcəyini bəyan etdi.
DOĞRU.AZ