image-n1karobka_ads
image-123
image-67df984bae5ac92f0328471fbackend

Ukraynanın silah ehtiyatı bütün dünya üçün təhlükə yaradır

image-ad_qayo_720x110px

Britaniyanın “The Times” qəzeti yazır ki, Ukraynada toplanan odlu silahların miqdarı bütün dünya üçün təhlükə yaradır.

Nəşr qeyd edir ki, Kiyev hazırda silah idxalında liderdir və iddia edilir ki, bu, münaqişə bitdikdən sonra böyük problemlər yarada bilər.

Mütəxəssislərin fikrincə, Ukraynanın özündə dövriyyədə olan silahların həcmi barədə dəqiq məlumat yoxdur.

Döyüşlər bitdikdən sonra onun Avropa, Afrika və ya Yaxın Şərqə göndərilə biləcəyi ilə bağlı narahatlıqlar var.

Bundan əvvəl Journal du Niger qəzeti Nigerdəki terrorçuların Ukrayna minaatanlarından ordunun mövqelərini atəşə tutduğunu yazmışdı.

Bundan əlavə, amerikalı jurnalist Taker Karlson qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın verdiyi silahların, o cümlədən Meksikanın narkotik kartellərinə “yarısına qədər” satır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki