image-n1karobka_ads
image-123
image-izehepecwsf6pcsjq48fpsbe6h0xbsk29jen25ss_1200backend

Ekrem İmamoğlunun mətbuat katibi də həbs edildi

image-ad_qayo_720x110px

İstanbul bələdiyyəsinin media şirkətinin rəhbəri, bələdiyyə sədri Ekram İmamoğlunun mətbuat katibi Murat Ongun də həbs qərarı çıxarılanlar içərisindədir.

Oxu.Az-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, məhkəmə onunla yanaşı, “İmamoğlu İnşaat” şirkətinin baş direktoru Tuncay Yılmazın da həbs edilməsinə qərar verib.

Şübhəlilər Əhməd Palazoğlu, Əlihan Aydın, Ercan Saatçi, Alpərən Aydın, Bayram Taşkın, Canan Münüklü, Cəmal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan barədə isə xaricə çıxış qadağası və məhkəmə nəzarəti tətbiq edərək azad edilməsinə qərar verib.

Digər şübhəlilərin məhkəmədəki ifadələri davam edir.

Qeyd edək ki, İstanbul bələdiyyəsinə dair korrupsiya işi üzrə qurumun sədri və daha 18 şübhəli həbs edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki