image-n1karobka_ads
image-123
image-l6ekrnuar6nfb7zr1xvzhghtt2xwbvegpzx3dk7w_1200backend

AFFA-nın sabiq baş katibi vəfat edib

image-ad_qayo_720x110px

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial şəbəkə hesabında məlumat yayıb.

“Futbol veteranı Çingiz İsmayılov bu gün haqq dünyasına qovuşdu. Aprelin 12-i 90 yaşını qeyd edəcəkdi”, – jurnalist qeyd edib.

Xatırladaq ki, daha əvvəl İsmayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Qeyd edək ki, Ç. İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb.

O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki