Britaniya hərbi rəsmiləri ölkənin baş naziri Key Starmerin Ukraynaya qondarma “istəklilər koalisiyası”ndan sülhməramlıların göndərilməsi ilə bağlı bəyanatlarında tələsik olduğu barədə fikir bildiriblər.
“Starmer desant qoşunları haqqında danışmaqda tələsik idi… nə danışdığını anlamadan…”, The Telegraph yazır.
Qəzet qeyd edib ki, siyasətçinin planları siyasi teatrdır və heç kimin belə bir missiyanın təfərrüatları barədə heç bir fikri yoxdur.
Bundan əvvəl Britaniyanın Ukrayna üçün “sülhməramlı qüvvələrin” yaradılmasını sürətləndirəcəyi bildirilirdi .
Daha sonra Britaniya Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok Ukraynaya Britaniya qoşunlarının göndərilməsinin əleyhinə çıxış edib.
DOĞRU.AZ