“ALİOGLU MEDIA GROUP” komediya janrında yeni və maraqlı bir film istehsal edib.
Quruluşçu rejissoru Amil Ali olan “4 TƏKƏR” filmin təqdimatı 1 aprel tarixində baş tutacaq. Xüsusi və unudulmaz bir anın şahidi olacağınız təqdimatda, kinosevərləri yeni bir təcrübəyə dəvət edəcək. Aprelin 3-dən etibarən isə film, ölkənin bütün kinoteatrlarında böyük maraqla nümayiş olunacaq və izləyicilər bu gözəl macəraya qatılacaq.
Filmin hər bir səhnəsi, tamaşaçılara bol-bol gülüş yaşadacaq. Lakin bu gülüşlər yalnız əyləncəni deyil, həm də dərin düşüncələri əks etdirir. Film, milli mentalitet və etik qaydalara tam uyğun şəkildə çəkildiyi üçün, bütün ailə üzvləri ilə izlənilə biləcək bir təcrübə təqdim edir. Həmçinin, film komediya janrında olmasına baxmayaraq, ciddi mesajlar da verir. Burada əsas vurğulanan məsələlərdən biri, qumar oyunlarına meyl edənlərin qarşılaşacağı acı nəticələrdir. Filmin digər vacib mesajı isə qanunsuz işlərlə məşğul olmağa cəhd edənlərin, necə sürətlə cəzalandırıldığını göstərir və bu, izləyicilərə xüsusi mesaj verir.
Filmin quruluşçu rejissoru və baş prodüseri Amil Ali, ssenari müəllifləri Məcid Hüseyinov və Tərlan Nur Yaşar, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elnarə Səfəroğlu, montaj rejissoru Firdovsi A. Nəbiyev, bəstəkarı isə Behsat Məlikzadədir. Onlar birgə çalışaraq, tamaşaçılara vizual və musiqi baxımından zəngin bir təcrübə təqdim ediblər.
Film heyətində Məcid Hüseyinov, Tərlan Nur Yaşar, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbnəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt və bir çox digər tanınmış aktyorlar rol alır. Hər biri, öz unikal obrazları ilə filmin atmosferini daha da zənginləşdirir və tamaşaçılara unudulmaz anlar yaşadır.
Sinopsis: Filmin əsas qəhrəmanı Xəqani, sevdiyi qız Nüşabənin ailəsinə məxsus olan qiymətli və klassik avtomobili təmir etmək üçün avtomobil servisinə aparır. Bu maşının, Nüşabənin atası Səlim üçün xüsusi və emosional bir dəyəri vardır, çünki bu, onun keçmişinin bir parçasıdır. Xəqani, Nüşabənin atası ilə əlaqələrinin gərgin olduğunu bildiyi üçün, Nüşabə avtomobili təmir etdirmək üçün ona pul yığıb verir və sürpriz etmək istəyir. Lakin, Xəqani bu fürsəti çox dəyərli sayır və hər şeyi səhv başa düşərək, bu maşını bir qumar oyununda uduzur.
Xəqaninin dostları, onun bu səhvini düzəltmək və avtomobili geri qaytarmaq üçün əl birləşdirirlər. Lakin qarşılarında çox sərt və hiyləgər bir adam dayanır: qumarxana sahibi Şahmar. Bu, onların qarşılaşdığı ilk böyük maneə olur. Lakin dörd dost, Xəqaniyə olan borcu tapmaq və onu geri qaytarmaq üçün əllərindən gələni edəcəklər. Bu yolda onlar bir çox çətin anlarla üzləşir, müxtəlif macəralara atılır və hər biri özünü sınayır. Çünki qarşılarında yalnız Şahmarın sərtliyi deyil, həm də öz daxili qorxuları və çətinlikləri ilə üzləşmələri lazım gələcək.
DOĞRU.AZ