image-n1karobka_ads
image-123
image-67e39a7cae5ac970177f85e7backend

Cənubi Koreyada yanğınla mübarizə aparan helikopterin pilotu həlak olub

image-ad_qayo_720x110px

Cənubi Koreyada yanğınsöndürən helikopter yanğınla mübarizə apararkən qəzaya uğrayıb. Fövqəladə hadisə nəticəsində pilot dünyasını dəyişib.

Bu barədə Yonhap məlumat yayıb.

“Qəzaya uğrayan helikopterin pilotunun öldüyü elan edilib”, – səlahiyyətlilər bildirib.

Bildirilir ki, Kyonqnam əyalətinin Sancheon şəhərində baş verən və Hadonqa yayılan meşə yanğını indi külək səbəbindən Jirisan Milli Parkına keçib.

Hazırda meşə yanğınlarının sahəsi 1702 hektardır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki