Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqustun 5-də İranda zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, yeraltı təkanlar Moskva vaxtı ilə saat 08:06-da, 99 min nəfər əhalisi olan Bam şəhərindən 125 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Kamçatka sahilləri yaxınlığında 6.0 bal gücündə zəlzələ baş vermişdi.
DOĞRU.AZ