Boliviya hökuməti 50-dən çox insanın həyatına son qoyan uzun sürən leysan yağışları nəticəsində yaranan fəlakətli daşqınlara görə fövqəladə vəziyyət elan edib.
TASS xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arse mətbuat konfransı zamanı bildirib.
Bildirilir ki, təbii fəlakət 209 bələdiyyəyə ziyan vurub, 818 ev dağılıb.
“Təbii fəlakətlər bizi ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz müvafiq fərman dərc etdik və bu, dəymiş ziyanla mübarizədə iştirak edən bütün şəxslərin işini sürətləndirəcək”.
Daşqınlar nəticəsində 51 nəfərin öldüyü, daha 8 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.
DOĞRU.AZ