Stavropol diyarının Pyatiqorsk şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.
Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeraltı təkanların episentri Predqornı bələdiyyəsi rayonu ərazisində olub, yeraltı təkanlar yer səthində təxminən 2,0 bal gücündə hiss olunub.
RİA Novosti-nin məlumatına görə, tələfat və dağıntı yoxdur.
Bundan əvvəl Vladimir Putinin göstərişi ilə Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Myanmaya xilasedicilər və həkimlərin olduğu iki təyyarə göndərib.
DOĞRU.AZ