Avropa liderləri Ukraynanın müxtəlif ərazilərində, o cümlədən Dnepr boyu və qərb vilayətlərində qoşun yeritmək imkanını nəzərdən keçirirlər.
Bu barədə adı açıqlanmayan fransız rəsmiyə istinadən Associated Press agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Fransa Ukraynanın mərkəzi hissəsində koalisiya qüvvələri yaratmağı, onları cəbhə xəttindən uzaqda yerləşən Dnepr bölgəsində yerləşdirməyi təklif edir.
Məqalədə deyilir: “Fransa tərəfindən irəli sürülən mümkün variant koalisiya üzvlərinin Ukraynanın mərkəzində, Dnepr çayı boyunca, cəbhə xəttindən uzaqda mühüm qüvvələr yerləşdirməsidir.
Alternativ variant qoşunların Ukraynanın qərb bölgələrində və ya qonşu ölkələrdə yerləşdirilməsini nəzərdə tutur.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya 2 milyard avro hərbi yardım ayırdığını açıqlamışdı.
DOĞRU.AZ