Polis Tbilisinin mərkəzində parlament binası qarşısında etiraz edən bir neçə nəfəri saxlayıb.
Bu barədə Sputnik Gürcüstan yazır.
“Tiflisdə Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasında daha bir neçə nəfər saxlanılıb”, – məlumatda deyilir.
Saxlanılanlar arasında müxalifətin “Dəyişiklik Koalisiyası” partiyasının liderlərindən biri Elene Xoştariyanın da olduğu qeyd edilir.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstandakı nümayişləri dəstəkləmək üçün maliyyə ayırıb və hökumət əleyhinə etiraz aksiyaları iştirakçılarına hər gün iştirak üçün 120 avroya qədər pul təklif edib.
DOĞRU.AZ