Martın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcəyi bildirilir. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlıq ərazilərdə isə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
DOĞRU.AZ


























