Yujno-Saxalinsk hava limanında DHC-6 sərnişin təyyarəsi yedəklənərkən anqarın divarına çırpılıb.
Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“Yujno-Saxalinsk hava limanında DHC-6 təyyarəsini “Art AVIA” aviaşirkətinin anqarına çəkərkən anqarın divarı ilə toqquşması nəticəsində təyyarənin quyruğu zədələnib”, – departamentdən bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.
DOĞRU.AZ