Braziliya prezidenti Luiz İnasio Lula da Silva əmindir ki, ölkənin əvvəlki lideri Jair Bolsonaronu dövlət çevrilişinə cəhd edib.
Bu barədə o, Yaponiyaya səfəri zamanı bildirib.
“Aydındır ki, (keçmiş – RT ) prezident ölkədə dövlət çevrilişi etməyə cəhd edib, onun mənim qətlimə şərait yaratmağa çalışdığı açıq-aydın görünür”, – G1 portalı onun sözlərini sitat gətirir .
O əlavə edib ki, hərtərəfli təhqiqat aparılıb və Bolsonaronun hazırkı mühakiməsi “fərd olaraq deyil, dövlət çevrilişi üçün məhkəmə” kimi aparılır.
Bundan əvvəl Braziliyanın Ali Məhkəməsinin keçmiş prezident Jair Bolsonaroya qarşı 2022-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işinin açılmasına qərar verdiyi bildirilirdi.
DOĞRU.AZ