Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayının 26-ya yüksəldiyini bildirib.
Bu barədə Yonhap yazır.
“Yanğınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, daha 30 nəfər yaralanıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, hökumətin məlumatına görə, 36 min hektara yaxın meşə sahəsi yanıb, 37 minə yaxın insan təhlükəli ərazilərdən didərgin düşüb.
Bundan əvvəl Cənubi Koreyada yanğınsöndürmə vertolyotunun yanğınlarla mübarizə apararkən qəzaya uğradığı bildirilirdi . Fövqəladə hadisə nəticəsində pilot dünyasını dəyişib.
DOĞRU.AZ