Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 13 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.
Restoran yanğından mühafizə olunub.
DOĞRU.AZ