“Hürriyet” xəbər verir ki, Türkiyənin Ankara şəhərində saxta spirtli içkidən ölənlərin sayı 81 nəfərə çatıb.
“Məlum olub ki, Ankarada saxta spirtli içkilər səbəbindən öldürülənlərin sayı 81-ə çatıb. Hazırda istintaq zamanı saxlanılan 36 nəfər həbs edilib”, – məlumatda deyilir.
Daha əvvəl İstanbulda kütləvi zəhərlənmədən sonra təxminən 33 min litr spirt müsadirə edilmişdi.
DOĞRU.AZ