image-n1karobka_ads
image-123
image-kbpiniqexygougvcxahexpy4blpxw1ca5hjb6uo8_1200backend

Lənkəranda ağır qəza, 4 nəfər ysralandı – FOTO

image-ad_qayo_720x110px

Lənkəranda VAZ-2107 markalı minik avtomobilinin yük avtomobilinin qoşqusuna çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralının Lənkəran rayonunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolda hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili, yol kənarında hərəkətsiz dayanan, içərisi mişar daşı ilə dolu olan yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Lənkəran rayonunun Separadi kənd sakinləri 2008-ci il təvəllüdlü F.Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Mübariz oğlu Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Həsrət oğlu Rzayev və 1998-ci il təvəllüdlü Fərid Qədir oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəstəxanadan verilən məlumata görə F.Əhmədzadəyə sağ qulağın sıyrılmış yarası, Z.Canıyevə alının sağ payının əzilmiş yarası, Ş.Rzayevə sağ dirsək oynağının çıxığı və sınığı, F.Əzimova isə sağ qaş üstü nahiyəsinin əzilmiş-didilmiş yarası, sağ göz yuvasının əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Xəsarət alanlardan Fərid Əzimovun vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb yolun buzlu olması və sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-yplpmsqldqmvvxvm9jyylzu4xtqru3wf2imibnc8_640 image-0dgjmuu551myzy6aloog6tkcvd2coqmmn3fykceb_640 image-od4rkkkdfwqakrxnxr6kafsabldt2agkv6csuiuc_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki