image-n1karobka_ads
image-123
image-67be1f5002e8bd358256a19fbackend

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı az qala biznes reaktivi ilə toqquşub

image-ad_qayo_720x110px

Southwest Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çikaqodakı Midway Beynəlxalq Hava Limanına yaxınlaşarkən iş təyyarəsini az fərqlə buraxıb.

Bu barədə ABC News xəbər verir.

Telekanalın yayımladığı kadrlarda biznes reaktivinin uçuş-enmə zolağına çıxması və onun yolunu kəsməsi səbəbindən sərnişin təyyarəsinin yenidən ətrafa getməyə məcbur olduğu əks olunub.

Şəxsi təyyarənin icazəsiz uçuş-enmə zolağına daxil olduğu qeyd edilir. 

“Flightradar24-ün məlumatlarına görə, Southwest Airlines təyyarəsi ətrafa getməzdən əvvəl təyyarələr bir-birindən təxminən 2000 fut məsafədə idi” dedi.

Hadisədən sonra Southwest Airlines şirkətinə məxsus təyyarə təhlükəsiz şəkildə eniş edib.

Faktla bağlı araşdırma aparılır.

Yanvarın 29-da ABŞ fiqurlu konkisürmə çempionatının keçirildiyi Viçitadan uçan təyyarə Vaşinqton yaxınlığında qəzaya uğrayıb. ABŞ ordusuna məxsus helikopter təlim uçuşu zamanı sərnişin təyyarəsi ilə toqquşub.

Fevralın 5-də təyyarə qəzasında həlak olan 67 nəfərin hamısının cəsədi Vaşinqtonda çaydan  çıxarılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki