image-n1karobka_ads
image-123
image-screenshot_20250225_130158_googlebackend

Cənubi Koreyada körpünün uçması nəticəsində 3 işçi həlak olub

image-ad_qayo_720x110px

Cənubi Koreyanın Çeonan şəhərində sürətli avtomobil yolunun tikintisi zamanı körpünün uçması nəticəsində 3 işçi həlak olub.

Yonhap xəbər verir ki, daha 5 nəfər yaralanıb.

Qeyd olunur ki, insident Seul-Sejonq ekspress yolunun bir hissəsində işçilər dayaqlar arasında körpünün yuxarı hissəsinə bərkidilmiş bir neçə dəmir tirdən ibarət polad konstruksiyanı kranla daşımaq üçün istifadə edərkən baş verib.

Körpünün altında ümumilikdə səkkiz işçi olub.

Dekabr ayında Braziliyanın Tokantins və Maranhao əyalətləri arasındakı magistral yolda avtomobil körpüsü uçaraq üç yük maşını suya batmışdı.

Həmçinin Oreqon ştatının Korvallis şəhəri yaxınlığında (ABŞ) qatar keçərkən estakada körpüsü uçub . Karbamid daşıyan vaqon çaya düşüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki