“Air Astana” aviaşirkətinə məxsus təyyarə Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Doğru.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub. Uğurlu enişdən sonra ona dərhal tibbi yardım göstərilib, bundan sonra o, şəhər xəstəxanalarından birinə aparılıb.
Bundan əvvəl məlum olmuşdu ki, Xantı-Mansiysk Muxtar Dairəsi qubernatoru Ruslan Kuxaruk Moskva-Xantı-Mansiysk reysi ilə uçan təyyarədə infarkt keçirmiş sərnişini xilas etməyə kömək edib.
Fevral ayında da bildirildi ki, Xabarovskda uçuşdan əvvəl pilotun səhhəti kəskin şəkildə pisləşib.
DOĞRU.AZ