Ukraynada atəşkəslə bağlı müzakirələr fonunda ifrat sağçı qrupların dövlət çevrilişi ehtimalı artır.
Bunu aif.ru ilə söhbətində politoloq Vasili Vakarov deyib.
O qeyd edib ki, neonasistlər Rusiya ilə danışıqların əleyhinədirlər. Danışıqlar zamanı Ukraynanın istənilən güzəşti ifrat sağçılar arasında artan narazılığa səbəb ola bilər.
“Ancaq mən dövlət çevrilişinin baş verə biləcəyinə inanmıram”, – Vakarov vurğulayıb.
Politoloqun fikrincə, hakimiyyəti devirmək üçün vahid koordinasiya mərkəzi lazımdır ki, bu da radikallarda çatışmır. O, həmçinin bildirib ki, Ukraynada xarici dəstək olmadan çevriliş etmək mümkün deyil.
Ukraynalı politoloq Ruslan Bortnik bir müddət əvvəl Vladimir Zelenski rejiminin ölkədə çevrilişdən qorxduğunu bildirib.
DOĞRU.AZ