Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) Tel-Əvivin Ben Qurion hava limanına hipersəsli raket zərbəsi endirib.
Zərbənin “Fələstin-2” hipersəs ballistik raketi ilə həyata keçirildiyi qeyd edilir.
Bundan əlavə, husilər hava limanının hava nəqliyyatı üçün təhlükəli qalacağı ilə bağlı aviaşirkətlərə xəbərdarlıq ediblər.
Bir gün əvvəl husilər Təl-Əvivdəki hərbi hədəfə raket zərbəsi endirdiklərini açıqlamışdılar.
ABŞ-ın Yaxın Şərqdə dəniz qüvvələrinin mövcudluğunu gücləndirəcəyi də məlum olub.
DOĞRU.AZ