image-n1karobka_ads
image-123
image-672c8b0752b43672c8b0752b441730972423672c8b0752b41672c8b0752b42backend

Ağ Ev: Tramp Harris, Klinton və Baydenin məxfi məlumatlara girişini rədd edir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Trampın administrasiyası Kamala Harrisə, Hillari Klintona, Co Baydenin ailə üzvlərinə və bir sıra digər siyasətçilərə məxfi məlumat əldə etməkdən və onlarla işləməkdən imtina etmək qərarına gəlib.

Bu barədə məlumat Ağ Evin saytında yer alıb.

Bəyanatda deyilir ki, bu şəxslərin məxfi məlumatlara çıxışı artıq milli maraqlara uyğun deyil.

Bildirilir ki, bütün icra departamentləri və agentliklərinin rəhbərlərinə bu şəxslərin ABŞ-ın mühafizə olunan dövlət obyektlərinə müşayiətsiz girişini məhdudlaşdırmaq tapşırılıb.

Bundan əvvəl Trampın əmri ilə ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken və keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təhlükəsizlik icazələri ləğv edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki