image-n1karobka_ads
image-123
image-ballistic-1backend

İran kosmos proqramı adı altında nüvə inkişafını gizlədir

image-ad_qayo_720x110px

 

İranın Müdafiə Nazirliyinin nüvə proqramını inkişaf etdirməklə məşğul olan məxfi agentliyin ölkənin kosmik proqramında əsas obyektlər üzərində işlədiyi iddia edilir.

Doğru.az xəbər verir ki bu barədə Fox News xəbər verir.

“İran kommersiya təşəbbüsləri adı altında nüvə silahı proqramının elementlərini gizlədib və nüvə silahı proqramına tətbiq oluna biləcək texnologiyaların hazırlanması üçün kosmik proqramından istifadə etməkdə şübhəli bilinir”, – hesabatda deyilir.

Telekanal o cümlədən Parisdə yerləşən İran Milli Müqavimət Şurasının hesabatına istinad edir. O iddia edir ki, İran kosmosdakı inkişaflarla əlaqəli olduğu güman edilən Şahrud və Semnan ərazilərində nüvə başlıqlarının yaradılması üzərində işi gücləndirib.

Hesabatda Qaem-100 daşıyıcı raketindən də bəhs edilir. Onun köməyi ilə “Çamran-1” tədqiqat peyki 2024-cü ilin sentyabrında orbitə buraxılıb. Bununla belə, hesabat müəllifləri raketin nüvə başlığı daşımağa qadir olduğunu düşünürlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki