İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İsrailin ABŞ-ın dəstəyi ilə İslam Respublikasının nüvə obyektlərinə zərbə endirməsi tarixin ən böyük səhvi olacaq.
“İnanıram ki, ABŞ bunu etmək qərarına gəlsə, bu, tarixin ən böyük səhvi olacaq”, – TASS diplomatdan sitat gətirir.
O əlavə edib ki, belə obyektlər respublikanın hər yerinə səpələnib və güclü hava hücumundan müdafiə sistemləri ilə qorunur.
Bundan əvvəl Əraqçi bildirib ki, İran hakimiyyəti yeni sazişin bağlanmasına səbəb olarsa, onların nüvə proqramı ilə bağlı Qərb ölkələri ilə dərhal konstruktiv danışıqlara getməyə hazırdır.
Fransa prezidenti Emmanuel Makron isə İranın nüvə proqramının geri dönüşü olmayan nöqtəyə yaxınlaşdığını bildirib.
DOĞRU.AZ