image-n1karobka_ads
image-123
image-679c7cabae5ac971f96bc0a1backend

Orban: Macarıstan istəyər ki, Aİ Rusiyaya qarşı sanksiyaları qaldırsın

image-ad_qayo_720x110px

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, macar tərəfi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv etməsinin tərəfdarıdır.

O, Kossuth radiostansiyasının səhər proqramına müsahibəsində qeyd etdiyi kimi, anti-Rusiya sanksiyaları Avropa İttifaqına ziyan vurur.

“Macarıstanın marağı sanksiyaların aradan qaldırılmasındadır, çünki üç il ərzində biz onlara görə 19 milyard avro itirmişik”, – TASS onun sözlərindən sitat gətirir.

Onun sözlərinə görə, o, Brüsseldə Aİ-yə üzv ölkələrdən olan həmkarları ilə görüşlərdə daim bu barədə danışır.

Bundan əvvəl Orban Avropa Komissiyasının enerji təhlükəsizliyi ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyi təqdirdə Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına altı ay ərzində veto qoyacağını bildirmişdi .

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki