image-n1karobka_ads
image-123
image-679ca1f502e8bd19152797fbbackend

Rusiya 2024-cü ildə Türkiyəyə gələn turistlərin sayına görə liderdir

image-ad_qayo_720x110px

2024-cü ildə Türkiyəyə 6,7 milyondan çox rusiyalı səfər edib ki, bu da ölkədə istirahət edən əcnəbilər arasında ən yüksək göstəricidir, RİA Novosti Türkiyə Statistika Bürosunun (TÜİK) məlumatlarına istinadən yazır.

Ümumilikdə, 2024-cü ildə Türkiyəyə 52,6 milyondan çox əcnəbi və xaricdə yaşayan 9,5 milyondan çox Türkiyə vətəndaşı səfər edib.

“2024-cü ildə 6 milyon 710 min 198 rusiyalı Türkiyəyə səfər edib”, – press-relizdə deyilir.

Türkiyəyə gələn turistlər arasında ikinci yerdə Almaniya (6,6 milyon), üçüncü yerdə Böyük Britaniya (4,4 milyon), İran (3,2 milyon) və Bolqarıstan (2,9 milyon) vətəndaşları gəlir.

Daha əvvəl Səyahət Agentlikləri Alyansı 2025-ci ilin yazında ən yaxşı istirahət məkanları arasında Türkiyə, BƏƏ, Misir, Tayland, Şri-Lanka və Maldiv adalarını qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki