image-n1karobka_ads
image-123
image-1738319934352821565_1200x630backend

Bəzi ərazilərdə dumanlı hava şəraiti müşahidə olunur

image-ad_qayo_720x110px

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul və Biləsuvarda dumanlı hava şəraiti müşahidə olunur və görmə məsafəsi 200 metrədək məhdudlaşır.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun düşməsi nəticəsində inversiya dumanı formalaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki