image-n1karobka_ads
image-123
image-17466939293715836134_1200x630backend

Sabah hava əsasən yağmursuz olacaq

Mayın 9-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 25° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 25-30° isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddıtli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 25° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddıtli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, bəzi yerlərdə 25° isti təşkil edəcək

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada əsasən yağmursuz hava proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 24-28° isti, dağlarda gecə 14-16° isti, gündüz 20-25° isti təşkil edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki