image-2000x150px
image-123
image-ads_atlas
image-hindistan-dilip-kumar-reuter-1613210_2backend

Hindistan kinosunun “Tragediya Kralı” öldü

image-728x90px

Hindistan kinosunun “Tragediya Kralı” kimi tanınan Dilip Kumar 98 yaşında vəfat etdi.

Baş nazir Narendra Modi, “Ölümü mədəni dünyamıza ağır itgi gətirdi” deyə bildirdi.

“Jugnu”, “Shaheed”, “Şəhid” filmlərindəki rolları ilə məşhurlaşan 98 yaşlı Dilip Kumar, Hindistanın Mumbay şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişdi.

Ailə üzvləri ötən ay nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilən məşhur aktyorun ölümünü sosial mediada elan etdilər.

Hindistan Baş naziri Narendra Modi Twitter-də “Dilip Kumar bir kino əfsanəsi kimi xatırlanacaq. Ölümü mədəni dünyamıza ağır itgi gətirdi” ifadələrindən istifadə etdi.

60-dan çox filmdə çəkilib. 1994-cü ildə, Kumar, Hindistan kinosuna verdiyi töhfələrə görə “Dadasaheb Phalke” yüksək şərəf mükafatına layiq görülmüşdür.

Kumar 1950-ci illərdə “Piyada Yolu”, “Naya Daur”, “Musafir” və “Paigham” kimi bir çox dramlarda baş rollarda oynamışdır.

Kumar Hindistan Parlamentinin yuxarı palatasında da vəzifə yerinə yetirirdi.

Gültəkin Məmmədova

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki