Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Astarada vətəndaşların müraciətini dinləyəcək.
Dövlət Komitəsindən Doğru.az-a bildirilib ki, görüş aprelin 11-də saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Görüşdə Lənkəran şəhəri, Lerik və Astara rayonları sakinlərinin müraciətlərinə baxılacaq.
DOĞRU.AZ