image-n1karobka_ads
image-123
image-3ee1499ff5-misli-premyer-liqasi-bu-gun-daha-2-oyun-kecirilecekbackend

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

image-ad_qayo_720x110px

Bu gün Misli Premyer Liqasında XXI turun daha 2 oyunu keçiriləcək.

Doğru.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Səbail”i sınağa çəkəcək. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Günün digər görüşündə isə “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də “Zirə” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.

DOĞRU.AZ

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki