Cumakənd kəndində axşam saatlarında yanğın hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə daxil olan məlumat əsasında hadisə yerinə texnika və canlı qüvvə göndərilib.
Məlum olub ki, 26 yaşlı Elmir Hüseynova məxsus QAZ-3110 markalı minik avtomobilində baş verən yanğın nəticəsində maşının yanar konstruksiyaları zədələnib. Yanğın zamanı xəsarət alan olmayıb, yaxınlıqdakı tikililər yanğından qorunub.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ




























