image-2000x150px
image-img-20221230-wa0011backend

2022-ci il Azərbaycan üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurlu il kimi yadda qaldı – Aynur Musayeva

image-728x90px

Yola saldığımız 2022-ci il dövlətimiz və xalqımız üçün uğurlu illərdən biri oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, sosial-iqtisadi sahədə mühüm nailiyyətlər əldə etdi, vacib islahatlar həyata keçirildi.

Müzəffər Ali Baş Komandanımızın və qəhrəman Ordumuzun sayəsində işğaldan azad edilmiş torpaqlarımızın yenidən cənnətə çevrilməsi ilə bağlı çox böyük addımların atıldı. “Şuşa ili” elan edilən 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı nəhəng infrastruktur layihələri reallaşdırıldı. Zəngilanda beynəlxalq hava limanı açıldı, yeni yollar çəkildi, elektrik enerjisi, su xəttləri bərpa olundu, yeni yaşayış məntəqələri salındı.

2022 – ci il “Böyük Qayıdış”ın başlandığı, o cümlədən uşaqların öz doğma yurduna qayıtması ilə tarixə düşdü. Sakinlərin Zəngilanın Ağalı kəndinə köçürülməsi təmin edildi. Müasir “Ağıllı kənd” modelinin tətbiqi ilə Ağalı sakinlərinin rahat yaşayışı üçün bütün şərait yaradıldı. Burada fəaliyyətə başlayan orta məktəb və uşaq bağçası müasirliyi, yüksək texnologiyalara əsaslanması ilə xüsusi diqqət çəkdi.

Hazırda sakinlərin digər azad olunmuş ərazilərimizə qayıdışı üçün işlər sürətlə davam etdirilir. Biz bütün bunlara qətiyyətli, uzaqgörən siyasi rəhbərin, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, əldə olunan iqtisadi gücün nəticəsində nail olduq. Bu gün Azərbaycan azad olunmuş ərazilərini öz maliyyə vəsaitləri hesabına yenidən qurur. Doğma sakinlərin qayıdışı Qarabağımıza, torpaqlarımıza yenidən can verir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, Vətən yolunda sağlamlığından keçmiş qazilərimizin fədakarlığı isə heç zaman unudulmur, daim ehtiramla yad olunur.

Şəhid ailələri və qazilər dövlətimiz və cəmiyyətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərə xüsusi qayğı və diqqət göstərir, onların sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər görülür. Xalqımızın igid övladlarının qəhrəmanlığı gənc nəsilin vətənpərvər ruhda tərbiyəsində də mühüm rol oynayır.

Xalqımız eyni zamanda azad olunan torpaqlarımızda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin faydalı qazıntı yataqlarımızı istismar etməsi, törədilən ekoloji terror faktları ilə barışmır, buna qarşı mübarizə aparır. Laçın –Xankəndi yolunda ekoloqlar, Qeyri-Hökumət Təşkilatlarının üzvləri və könüllülərin keçirdiyi etiraz aksiyası xalqımızın həmrəyliyinin daha bir nümunəsidir. Əminik ki, aksiyada səsləndirilən bütün tələblərə nail olacağıq və faydalı qazıntı yataqlarında monitorinqlərin aparılması təmin ediləcək.

Həmçinin 2022-ci ildə Ermənistanla sülh sazişinin imzalanması üçün atılan addımların 2023-cü ildə uğurla nəticələnəcəyinə ümidlərimiz böyükdür. Əslində, xalqımızın arzularını gerçəkliyə çevirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində hazırda Azərbaycan tarixinin ən qüdrətli mərhələsini yaşayır, dünyada söz sahibinə çevirilib. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı dövlətdir. Biz güclü, qüdrətli, qalib ölkəyik. Bugünkü Azərbaycanın reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevlə birlikdə xalqımız qarşıda duran bütün hədəflərə nail olmağa qadirdir.

2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar olacaq. Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması şərəfinə qarşıdakı il prezident sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin təbliğinə geniş imkanlar yaradacaq. Bu, həm də Ulu öndərin xalqımızın yaddaşında əbədiyaşarlığının təntənəsinin ifadəsi olacaq.

2023-cü il xalqımızın sosial rifahının daha da yaxşılaşacağı, iqtisadiyyatımızın növbəti inkişaf mərhələsinə qədəm qoyacağı il olacaq. Bütün bunlar isə sahibkarlığın tərəqqisi, təhsil, səhiyyə xidmətlərinin inkişafı, uşaq və gənclər siyasətində davamlı uğurlu addımların atılmasına yol açacaq. Prezident İlham Əliyev və ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyəti ölkəmizin inkişafı, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.Beləliklə, 2022-ci ili xoş ovqatla yola salan xalqımız 2023-ci ili yeni arzularla qarşılamağa hazırlaşır. Qədəmlərin uğurlu olsun, 2023-cü il!

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ