image-ads_n1karobka_mobile
image-17684908385576654233_1200x630backend

Avtomobil piyada VURDU

image-add-a-heading

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsi 1972-ci il təvəllüdlü Rəşad Valqaddin oğlu Qədirovu vurub.

Nəticədə 54 yaşlı piyada xəsarət alaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona başın gicgah nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar.

Hazırda R.Qədirovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki