image-n1karobka_ads
image-123
image-354487017_168187816227652_1043282021683538234_nbackend

Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin hərəkətini tam dayandırıb

image-ad_qayo_720x110px

Hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.

Bu barədə “Caliber” “Telegram” kanalında dərc olunan xəbərdə qeyd olunub.

“Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər sərhəd-buraxılış məntəqəsinin fəaliyyətində dəyişiklik edilməyəcək”, – məlumatda vurğulanır.

Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki